Bakı-Sumqayıt yolunda avtomobil maneəyə çırpılıb, sürücü xəsarət alıb

Bakı-Sumqayıt yolunda avtomobil maneəyə çırpılıb, sürücü xəsarət alıb
# 17 avqust 2019 01:08 (UTC +04:00)

Abşeron rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, Bakı-Sumqayıt şossesində 42 yaşlı Kazımov Qayıb Mirəli oğlu idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı arakəsməyə çırpılıb.

Qəza zamanı sürücü ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR