Bakı-Sumqayıt yolunda sərnişini bıçaqlayan taksi sürücüsü tutulub- YENİLƏNİB

Bakı-Sumqayıt yolunda sərnişini bıçaqlayan taksi sürücüsü tutulub- YENİLƏNİB
# 18 noyabr 2022 10:30 (UTC +04:00)

Bakı-Sumqayıt şosesində sürücünün sərnişinə xəsarət yetirməsi ilə nəticələnən görüntülər araşdırılıb.

DİN Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev APA-ya bildirib ki, əməli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Tural Rəhimov polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb. İlkin araşdırmalarla T.Rəhimovun 1988-ci il təvəllüdlü Ə.Vəliyevə şəxsi münasibətlər zəminində bıçaqla xəsarət yetirdiyi məlum olub. Xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün müvafiq ekspertiza təyin olunub.

Araşdırmalar davam etdirilir.

***

00.28

Bakı-Sumqayıt şossesində sürücü sərnişinə bıçaqla çoxsaylı xəsarət yetirib.

APA xəbər verir ki, hadisə Bakı-Sumqayıt şossesində, Binəqədi rayonu ərazisində baş verib.

“Toyota” markalı avtomobildə sərnişin qismində əyləşən 1998-ci il təvəllüdlü Vəliyev Əli Gündüz oğlu sürücü tərəfindən bıçaqlanıb.

Yaralı sol diz və sol kürək nahiyəsindən bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ə.Vəliyevi bıçaqlayan şəxsin onun qaynı olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə qohumlar arasında şəxsi münasibətlər zəminində mübahisə nəticəsində baş verib. Hadisəni törədən şəxs məlumdur. Hazırda müvafiq ekspertiza işləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR