Bakıda 15 yaşlı qız 23 gündür itkin düşüb - FOTO

Məmmədova Nilüfər Elxan qızı

© APA | Məmmədova Nilüfər Elxan qızı

# 20 aprel 2022 13:25 (UTC +04:00)

Bakıda 15 yaşlı qız itkin düşüb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Xəbərə görə, Xəzər rayonu Mərdəkan qəsəbəsində yaşayan 2007-ci il təvəllüdlü Məmmədova Nilüfər Elxan qızı 29 mart 2022-ci il tarixində yaşadığı evdən xəbərsiz çıxaraq itkin düşüb.

Onun barəsində məlumatı olan şəxslərdən Xəzər Rayon Polis İdarəsinə, 012-554-22-22 və 055-270-24-34 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur. Həmçinin, N.Məmmədovanın yeri barədə Nazirliyin "102" Xidməti Zəng Mərkəzinə də zəng edərək məlumat verə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR