Bakıda 16 mərtəbəli binada yanğın olub - YENİLƏNİB

Bakıda 16 mərtəbəli binada yanğın olub - YENİLƏNİB
# 12 iyun 2019 19:15 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Bakıda yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Yasamal rayonu, Xiyabanı küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.

İlkin məlumata əsasən, yaşayış binasının 6, 7 və 8-ci mərtəbələrinin eyvanlarından keçən plastik borular yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən saat 17:49 dəqiqədə söndürülüb.

***

Saat 18:04

Bakıda yaşayış binasında yanğın olub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Xiyabanı küçəsi 33 ünvanında qeydə alınıb. 16 mərtəbəli yaşayış binasında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR