Bakıda 16 mərtəbəli yaşayış binasında yanğın olub

Bakıda 16 mərtəbəli yaşayış binasında yanğın olub
# 20 iyul 2019 15:50 (UTC +04:00)

Bakının Yasamal rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın olub.

APA-nın FHN-ə istinadən verdiyi məlumatına görə, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsindən 16-cı mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 30 p.m və binanın dam örtüyünün taxta atmaları 6 m² sahədə yanıb. Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Şaxtanın qalan hissəsi, sayğaclar və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR