Bakıda 2 avtomobil piyadanı vuraraq öldürüb

Bakıda 2 avtomobil piyadanı vuraraq öldürüb
# 06 iyul 2022 10:31 (UTC +04:00)

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən APA-ya verilən məlumata görə, iyulun 5-də saat 2 radələrində Nizami rayonu ərazisində Bakı şəhər sakini İ.Orduxanov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Rəhman Xəlilovu vurduqdan sonra arxadan gələn Tovuz rayon sakini Ü.Məmmədov da idarə etdiyi “Opel” markalı avtomobillə həmin şəxsi vurub.

Nəticədə xəsarət alan R.Xəlilov xəstəxanaya aparılarkən yolda ölüb.
Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR