Bakıda 2 avtomobil toqquşub

Bakıda 2 avtomobil toqquşub
  • Clock-gray 09:26
  • calendar-gray 23 Oktyabr 2019

Bakının Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, köhnə avtomobil bazarının yaxınlığında 2 minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər  xəsarət alıb. 

Səhiyyə Nazirliyindən APA-ya bildirilib ki, 32 yaşlı şəxs qapalı kəllə-beyin travması ilə 3 saylı şəhər xəstəxanasına, 46 və 49 yaşlı 2 nəfərə isə yerində yardım göstərilib.
 

Əcəmi Əsədulla

Digər xəbərlər

Arxiv

date