Bakıda 2 avtomobil toqquşub, xəsarət alan var

Bakıda 2 avtomobil toqquşub, xəsarət alan var
# 12 noyabr 2019 00:02 (UTC +04:00)

Bakının Sabunçu rayonunda yol-nəliyyatı hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə rayonun Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsində baş verib.

İki minik avtomobilinin toqquşması nəticəsində 1989-cu il təvllüdlü Abdullayev Cavid Arif oğlu xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona çanağın əzilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR