Bakıda 2 avtomobil toqquşub, xəsarət alan var

Bakıda 2 avtomobil toqquşub, xəsarət alan var
# 13 noyabr 2019 23:38 (UTC +04:00)

Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, qəza Zabrat qəsəbəsində baş verib.

Qəsəbə ərazisində 2 minik avtomobilinin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Əliyev Pərviz Zakir oğlu xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Ona dizin və başın təpə nahiyəsinin əzilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR