Bakıda 2 avtomobildən 40 min manatlıq oğurluq edilib

Bakıda 2 avtomobildən 40 min manatlıq oğurluq edilib
# 14 iyun 2022 10:39 (UTC +04:00)

Bakıda avtomobillərdən oğurluq edən şəxs tutulub.

Bu barədə APA-ya DİN-dən məlumat verilib. Xəbərə görə, Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə rayon ərazisində “Mack” markalı 2 avtomobildən 40.000 manat dəyərində hissələrinin sökülərək oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Şabanov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR