Bakıda 2 yaşlı uşaq oğurlanıb - VİDEO

Bakıda 2 yaşlı uşaq oğurlanıb - VİDEO
# 30 dekabr 2021 11:43 (UTC +04:00)

Bakıda 2 yaşlı uşaq oğurlanıb.

APA-nın məlumatına görə, dekabrın 29-da Sabunçu rayonu ərazisində R. Şıxəliyevanın oğlu, iki yaşlı Məhəmmədin naməlum qadın tərəfindən oğurlanması ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma başlanıb və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. ​​

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR