Bakıda 21 yaşlı oğlanı bıçaqlayan şəxsin məhkəməsi başlayıb

Bakıda 21 yaşlı oğlanı bıçaqlayan şəxsin məhkəməsi başlayıb
# 17 iyul 2019 11:46 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Orxan Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən iclasda anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyulun 24-də keçiriləcək.

Qeyd edək ki, paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "Tayqa" marketin yaxınlığında 1998-ci il təvəllüdlü Rüstəmov Zaman Qərib oğlu çoxsaylı bıçaq xəsarətləri alaraq, ağır vəziyyətdə xəstəxanaya gətirilib. Daxil olan məlumat əsasında aparılan araşdırma nəticəsində məlum olub ki, Z. Rüstəmov şəxsi münasibətlər zəminində Əliyev Orxan Elxan oğlu tərəfindən bıçaqlanıb. O. Əliyevə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR