Bakıda 23 yaşlı oğlan qonşusunu bıçaqlayıb

Bakıda 23 yaşlı oğlan qonşusunu bıçaqlayıb
# 10 yanvar 2022 10:23 (UTC +04:00)

Bakı sakini qonşusunu bıçaqlayıb.

APA xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.

1999-cu il təvəllüdlü Əli Süleymanov münaqişə zəminində qonşusu, 1985-ci il təvəllüdlü Şirin Alıyevi bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılıb və onu xilas etmək mümkün olub.

Faktla bağlı cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR