Bakıda 2994 cinayət işinin istintaqı başa çatdırılaraq məhkəməyə göndərilib

Bakıda 2994 cinayət işinin istintaqı başa çatdırılaraq məhkəməyə göndərilib
# 20 iyul 2022 15:47 (UTC +04:00)

Bu ilin birinci yarımilində ümumilikdə şəhərin prokurorluq orqanlarının icraatında olan 381 işdən 171-i, daxili işlər orqanlarının istintaq qurumlarının icraatında olan 9236 cinayət işindən 3498-nin istintaqı tamamlanıb.

APA xəbər verir ki, bu barədə Bakı şəhər prokuror Elşən Abbasov 2022-ci ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirilib.

O bildirib ki, onlardan polis orqanları tərəfindən 2897, prokurorluq orqanları tərəfindən 97 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR