Bakıda 3 avtomobil qəzaya uğrayıb, xəsarət alanlar var - FOTO

Bakıda 3 avtomobil qəzaya uğrayıb, xəsarət alanlar var - FOTO
# 25 yanvar 2023 04:36 (UTC +04:00)

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, qəza Cavadxan küçəsində qeydə alınıb.

“Toyota” markalı minik maşının sürücüsü sükana nəzarəti itirərək eyni istiqamətdə hərəkətdə olan “Mercedes” markalı maşına çırpılıb. Zərbənin gücündən “Mercedes”in sürücüsü idarəetməni itirərək avtomobilini yol kənarında dayanan “Mercedes” markalı yük maşınına çırpıb. Qəza nəyicəsində hər üç avtomobilə ciddi ziyan dəyib. “Toyota” markalı avtomobilin sürücüsü və sərnişini xəsarət alıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR