Bakıda 3 nəfərə qarşı quldurluq edənlərə hökm oxunub

Bakıda 3 nəfərə qarşı quldurluq edənlərə hökm oxunub
# 31 oktyabr 2022 11:02 (UTC +04:00)

Bakıda quldurluqda təqsirləndirilən mütəşəkkil dəstənin işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, hər iki şəxs 8 il azadlıqdan məhrum edilib.
İttihama görə, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə aprelin 18-də saat 1 radələrində 3 nəfərin Bakı şəhər sakini H.Rəsulovu bıçaqla hədələyib 400 manat pulunu almaları, kart hesabında olan 50 manat pulu isə öz hesablarına köçürmələri barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakinləri - Səxavət Yunusov və Nicat Mikayılov müəyyən edilərək saxlanılıblar.

Adı şəkilən şəxslərin ümumilikdə 3 nəfərə qarşı quldurluq etdiyi istintaqda məlum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR