Bakıda 31 yaşlı kişi dostu tərəfindən bıçaqlanıb

Bakıda 31 yaşlı kişi dostu tərəfindən bıçaqlanıb
# 20 iyul 2019 00:26 (UTC +04:00)

Bakının Suraxanı rayonunda 31 yaşlı kişi bıçaqlanıb.

APA-nın məlumatına görə, hadisə Hövsan qəsəbəsində baş verib. 1988-ci il təvəllüdlü Hüseynov Hüseyn Qəhrəman oğlu tanıdığı şəxslə mübahisə edib və nəticədə bıçaq xəsarəti alıb.

Hər iki bud nahiyəsindən 2 bıçaq xəsarəti alan yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti hazırda stabildir.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR