Bakıda 32 yaşlı kişini öldürməyə cəhddə şübhəli bilinən şəxs tutulub

Bakıda 32 yaşlı kişini öldürməyə cəhddə şübhəli bilinən şəxs tutulub
# 08 iyun 2023 10:12 (UTC +04:00)

Qəsdən adam öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub.

Nərimanov rayon prokurorluğundan APA-ya verilən məlumata görə, iyunun 7-də saat 01 radələrində 1991-ci il təvəllüdlü Teymur Abdullayevin xəsarətlərlə xəstəxanaya daxil olması barədə Nərimanov rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1997-ci il təvəllüdlü Əbil Muradovun Nərimanov rayonu ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Teymur Abdullayevə kəsici-deşici alətlə xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Əbil Muradov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İbtidai istintaq davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR