Bakıda 33 yaşlı kişi bıçaqlanıb

Bakıda 33 yaşlı kişi bıçaqlanıb
# 19 noyabr 2019 23:38 (UTC +04:00)

Bakının Nizami rayonunda mübahisə zəminində bıçaqlanma hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə "Xudafərin" restoranının yaxınlığında qeydə alınıb.

1987-ci il təvəllüdlü Vəliyev Murtuz Hüseyn oğlu bir neçə nəfərlə mübahisə zamanı kəsici alətlə xəsarət alıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq cərrahi əməliyyat edilib. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR