Bakıda 38 yaşlı kişi qətlə yetirilib

Bakıda 38 yaşlı kişi qətlə yetirilib
# 28 sentyabr 2022 09:23 (UTC +04:00)

Bakıda qətl hadisəsi baş verib.

Suraxanı rayon prokurorluğundan APA-ya verilən xəbərə görə, sentyabrın 27-i saat 04 radələrində Suraxanı rayonu ərazisində 1984-cü il təvəllüdlü Əfqan Qədəşovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1986-cı il təvəllüdlü Səbuhi Zülalovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Əfqan Qədəşovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səbuhi Zülalov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR