Bakıda 38 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Bakıda 38 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
# 30 sentyabr 2022 09:39 (UTC +04:00)

Sentyabrın 29-u saat 15 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsində 1984-cü il təvəllüdlü Xəqani Əzizovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Binəqədi rayon prokurorluğundan APA-ya verilən xəbərə görə, araşdırmalarla müəyyən edilib ki, Xəqani Aydın oğlu Əzizov usta kimi işlədiyi “Biləcəri daş bazarı” adlanan yerdə yerləşən taxta sexinin çardağında örtük quraşdırma işlərini yerinə yetirərkən elektrik xəttinə toxunması nəticəsində elektrik cərəyanının təsirindən ölüb.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR