Bakıda 39 yaşlı şəxs özünü bıçaqlayaraq öldürüb

Bakıda 39 yaşlı şəxs özünü bıçaqlayaraq öldürüb
# 03 yanvar 2023 22:44 (UTC +04:00)

Bakının Xəzər rayonunda intihar hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, 39 yaşlı Rəhimov Pərviz Adil oğlu yaşadığı evdə özünə bıçaqla xəsarətlər yetirib.

Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğu və Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR