Bakıda 4 yaşlı uşaq binanın 4-cü mərtəbəsindən düşərək ölüb

Bakıda 4 yaşlı uşaq binanın 4-cü mərtəbəsindən düşərək ölüb
# 04 oktyabr 2022 07:43 (UTC +04:00)

Bakının Nizami rayonunda uşaq ehtiyatsızlıqdan ölüb.

APA xəbər verir ki, hadisə Qara Qarayev prospekti 92 ünvanında qeydə alınıb.

Belə ki, 2018-ci il təvvəllüdlü Ağayeva Zəhra Qafar qızı valideyn nəzarətindən kənar yaşadığı mənzilin yataq otağının pəncərəsindən yerə düşüb.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Qeyd edək ki, uşaq binanın 4-cü mərtəbəsindən yerə düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR