Bakıda 49 yaşlı qadın evində öldürülüb

Bakıda 49 yaşlı qadın evində öldürülüb
# 24 sentyabr 2019 09:57 (UTC +04:00)

Bakıda qətl törədilib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, ev 2, mənzil 11 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1970-ci il təvəllüdlü Maya Kərimova evində öldürülüb.

Hadisənin motivi hələlik məlum deyil.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR