Bakıda 7 evdən 15 min manatlıq oğurluq olub

Bakıda 7 evdən 15 min manatlıq oğurluq olub
# 11 avqust 2022 11:39 (UTC +04:00)

Bakıda 7 evdən oğurluq edilib.

DİN-in mətbuat xidmətindən məlumat verilən xəbərə görə, Xəzər Rayon Polis İdarsəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə məxsus evlərdən ümumilikdə 1465 manat pul, 7915 manat dəyərində qızıl əşyalar, 3000 manat dəyərində inşaat materialları, 2940 manat dəyərində velosiped, su mühərriki, elektrik naqili və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Qala qəsəbə sakinləri C.Həzrətquliyev və əvvəllər məhkum olunmuş T.Əmiraslanov saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR