Bakıda 7 maşın toqquşub, 5 nəfər xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda 7 maşın toqquşub, 5 nəfər xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB
# 23 iyul 2019 01:36 (UTC +04:00)

Nərimanov rayonunda 7 maşının toqquşması nəticəsində "BMW" markalı minik maşınında yaralanan bir ailənin 3 üzvünün kimliyi bəlli olub.

"BMW"-nin sürücü 54 yaşlı Əhmədov Şirxan İlya oğlu qol və baş nahiyəsindən, onun həyat yoldaşı, 54 yaşlı Quliyeva Reyhan Gəray qızı və övladları 24 yaşlı İlyaszadə Mirvari Şirxan qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, tuneldən çıxan yük maşını yüksək sürətlə hərəkətdə olub.

Ziya Bünyadov prospektində baş vermiş son iki yol qəzası səbəbindən DYP əməkdaşları tərəfindən hazırda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə "Qələbə" dairəsi istiqamətindən Nərimanov rayonu ərazisinə gedən yoldakı tunelə giriş-çıxışa məhdudiyyət qoyulub.

****

01:10

Nərimanov rayonunda 7 maşının toqquşması nəticəsində 5 nəfər yaralanıb.

APA xəbər verir ki, Ziya Bünyadov prospektində hərəkətdə olan "Schacman" markalı yük maşını 2 ədəd "Mercedes", "Volkswagen", "Ravon", "BMW" markalı maşınlara çırpılıb.

Hadisə nəticəsində bir ailənin 3 üzvü, "Volkswagen"-də olan 2 nəfər xanım xəsarət alıb.

Hadisə yerinə Təcili Tibbi Yardım və DYP əməkdaşları cəlb olunub. Qəzadan sonra ərazidə ciddi tıxac yaranıb.

İlkin məlumata görə, hadisəyə səbəb "Schacman" markalı yük maşınının sürücüsü olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR