Bakıda 7 yaşlı uşağı avtomobil vurub

Bakıda 7 yaşlı uşağı avtomobil vurub
# 18 iyul 2019 00:52 (UTC +04:00)

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Ağa Nemətulla küçəsində qeydə alınıb.

Belə ki, 2012-cü il təvəllüdlü Əliəkbər Səidi yolu keçmək istəyərkən onu Pərviz Teymurovun idarə etdiyi “VAZ 2106” markalı avtomobil vurub. Yaralı özəl xəstəxanaların birinə yerləşdirilib.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları sürücünü saxlayıb, fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR