Bakıda 72 yaşlı kişini avtomobil vuraraq öldürüb.
APA xəbər verir ki, hadisə Qaradağ rayon ərazisində qeydə alınıb.
Elvin Məmmədov idarə etdiyi "Mazda" markalı avtomobillə yolu keçən 1940-cı il təvəllüdlü Sakit Niyazovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.