Bakıda 73 yaşlı kişini avtomobil vuraraq öldürüb

Bakıda 73 yaşlı kişini avtomobil vuraraq öldürüb
# 27 fevral 2023 09:16 (UTC +04:00)

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

APA xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Möhübbət Əsədov idarə etdiyi "KİA Ceed" markalı avtomobillə yolu keçən 1950-ci il təvəllüdlü Bəhruz Ələsgərovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR