Bakıda 78 yaşlı kişi küçədə yıxılaraq ölüb

Bakıda 78 yaşlı kişi küçədə yıxılaraq ölüb
# 15 oktyabr 2019 15:53 (UTC +04:00)

Bakıda ölüm hadisəsi baş verib.

APA-nın məlumatına görə, Sabunçu rayonu, Muxtarov qəsəbə sakini, 1941-ci il təvəllüdlü Xəlilov Cəmil Göyərçin oğlu yaşadığı qəsəbədə küçədə yıxılıb.

C.Xəlilov yıxılarkən aldığı kəllə-beyin travması nəticəsində orada ölüb.

İlkin ehtimal kimi, onun içkili olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR