Bakının Xətai rayonu, S. Mehmandarov küçəsində açıq ərazidə baş verən yanğın söndürülüb.
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
İlkin məlumata görə, yol kənarında təqribən 500 m² sahədə təkər tullantıları yanıb.
***
18.05
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, S. Mehmandarov küçəsində açıq ərazidə qatı tüstülənmə olması barədə məlumat daxil olub.
FHN-dən APA-ya verilən xəbərə görə, məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub.
İlkin məlumata əsasən, yol kənarında təqribən 500 m² sahədə təkər tullantıları yanır.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.