Bakıda ana iki azyaşlı qızı ilə özünü binadan atıb - FOTO - VİDEO

Bakıda ana iki azyaşlı qızı ilə özünü binadan atıb - FOTO  - VİDEO
# 19 iyul 2022 01:59 (UTC +04:00)

Bakının Yasamal rayonunda intihar qeydə alınıb.

APA xəbər verir ki, hadisə Yasamalda yerləşən binalardan birində baş verib.

Belə ki, 28-ci binada 1997-ci il təvəllüdlü Abbasova Aytən Maarif qızı övladları - 2018-ci il təvəllüdlü Abbasova Sofiya Suslan qızı və 2020-ci il təvəllüdlü Abbasova Sara Suslan qızı ilə birgə, binanın beşinci mərtəbəsindən özünü atıb.

Hadisə nəticəsində 2 yaşlı Sara Abbasova ölüb. Ana və onun 4 yaşlı övladı ağır xəsarətlərlə 1 nömrəli xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, A.Abbasovanın həyat yoldaşı Rusiyada yaşayır. Aytən övladları ilə birgə qaynanası ilə kirayədə yaşayırmış.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR