Bakıda ana və övladını avtomobillə vurub öldürən şəxsə hökm oxunub

Bakıda ana və övladını avtomobillə vurub öldürən şəxsə hökm oxunub
# 23 dekabr 2021 17:05 (UTC +04:00)

Bakıda 2 nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi törədən Taleh Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən yol nəqliyyat hadisəsi törətməkdə ittiham olunan 35 yaşlı Tağıyev Taleh Əhliman oğlu 7 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, T. Tağıyev taksi fəaliyyəti ilə məşğul olub. Hadisə Sabunçu dairəsi yaxınlığında qeydə alınıb. Ana və iki övladı yolu keçərkən onları avtomobil vurub, ana və azyaşlı oğlu ölüb, digər qız övladı isə xəsarət alıb. Hadisəni törədən "Ravon" markalı avtomobilin sürücüsü Tağıyev Taleh Əhliman oğlu Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR