Bakıda anbarda yanğın söndürülüb - YENİLƏNİB-1 - FOTO

# 18 avqust 2022 16:30 (UTC +04:00)

Bakı şəhərinin Nərimanov rayonunda Ziya Bünyadov prospekti yaxınlığında anbarda və ona bitişik ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb

.

***

14.46

Bakının Nərimanov rayonunda, Ziya Bünyadov prospekti yaxınlığında məişət tullantıları sahəsi və anbarda baş verən yanğının söndürülməsi tədbirləri davam etdirilir.

APA xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin 10-dan artıq yanğınsöndürmə avtomobili və canlı qüvvəsi cəlb olunub.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları da hadisə yerindədir.

***

14.10

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda Z.Bünyadov prospekti yaxınlığında məişət tullantılarının və anbarın yanması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

14.02

Bakıda sexin anbarında yanğın başlayıb.

APA xəbər verir ki, hadisə Dərnəgül qəsəbəsi ərazisində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR