Bakıda anbardan 30 min manatlıq oğurluq olub

Bakıda anbardan 30 min manatlıq oğurluq olub
# 19 may 2022 12:08 (UTC +04:00)

Bakıda anbardan oğurluq edilib.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə mayın 13-dən 15-dək olan müddətdə rayon ərazisindəki anbarların birindən 30.000 manat dəyərində avtomobil ehtiyat hissələrinin oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Nizaməddin Ağayev müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR