Bakıda aptekdən uşaq yeməkləri oğurlamaqda şübhəli bilinən şəxs həbs edilib

Bakıda aptekdən uşaq yeməkləri oğurlamaqda şübhəli bilinən şəxs həbs edilib
# 08 iyun 2023 16:19 (UTC +04:00)

Bakıda apteklərin birindən uşaq yeməkləri oğurlamaqda şübhəli bilinən şəxs həbs edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev APA-ya bildirib ki, cari il mayın 4-də Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən apteklərin birindən uşaq yeməkləri oğurlamaqda şübhəli bilinən qəsəbə sakini 21 yaşlı İlkin Məmişov polis əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmənin qərarı ilə o, 20 sutka inzibati qaydada həbs edilib.
Onun uşaq yeməyini övladı üçün oğurlaması iddiaları həqiqəti əks etdirmir.
Belə ki, Suraxanı RPİ 33-cü Polis Bölməsinində aparılan araşdırmalarla onun uşaq yeməklərini satmaq məqsədilə oğurlaması məlum olub və o, bunu izahatında da etiraf edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR