Bakıda ara məsafəsini gözləməyən sürücü qəza törədib - FOTO - VİDEO

Bakıda ara məsafəsini gözləməyən sürücü qəza törədib - FOTO - VİDEO
# 12 oktyabr 2019 00:05 (UTC +04:00)

Bakının Yasamal rayonunda 2 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Ziya Büynayov prospektində qeydə alınıb.

Belə ki, prospektdə sızlıq olduğu üçün hərəkətdə olan "Mercedes Vito" markalı nəqliyyat vasitəsinin sürücüsü qəfildən əyləcdən istifadə etməli olub. Bu vaxt arxadan gələn "Seat" markalı minik avtomobilinin sürücüsü ara məsafəsini gözləmədiyindən onun avtomobili "Mercedes"ə çırpılıb. Hadisə zamanı avtomobillərə ciddi ziyan dəyib.

Əraziyə Yasamal Rayonu üzrə DYP əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR