Bakıda arvadını öldürən şəxsin apelyasiya şikayətinə baxılır

Bakıda arvadını öldürən şəxsin apelyasiya şikayətinə baxılır
# 12 iyul 2019 10:50 (UTC +04:00)

Bakı Apelyasiya Məhkəməsində arvadını xüsusi amansızlıq qətlə yetirməkdə təqsirləndirilən Fazil Həsənov barəsində hökmdən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları və apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

Məhkəmə baxışı iyulun 18-ə təyin edilib.

Qeyd edək ki, ötən ilin oktyabr ayında Qubanın Ərməkiqışlaq kənd sakini F. Həsənov həyat yoldaşı Xoşqədəm Həsənovanı Bakı şəhəri, Nərimanov rayonunda kirayə qaldıqları mənzildə qətlə yetirib. O, bıçaqla həyat yoldaşının boğaz nahiyəsinə zərbələr endirib, nəticədə X. Həsənova keçinib. Qətl hadisəsi ailənin 11 yaşlı oğlunun gözü qarşısında baş verib.

F. Həsənov hadisədən sonra Ərməkiqışlaq kəndinə gedərək uşağı ata evinə qoyub və könüllü şəkildə polisə təslim olub. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqda adamöldürmə), 133-cü (işgəncə vermə) maddəsi ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F. Həsənov 19 il azadlıqdan məhrum edilib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR