Bakıda atışma olub, 2 nəfər xəsarət alıb, saxlanılan var - YENİLƏNİB-4 - VİDEO

Bakıda atışma olub, 2 nəfər xəsarət alıb, saxlanılan var - YENİLƏNİB-4  - VİDEO
# 10 mart 2023 15:28 (UTC +04:00)

Bakıda Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı saxlanılan var.

APA-nın əldə etdiyi xəbərə görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən tutulub.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə nəticəsində xəsarət alan iki nəfər TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Bu barədə APA-ya TƏBİB-dən bildirilib.

Hazırda onlara zəruri tibbi xidmətlər göstərilir.

***

15.22

Bakıda Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı aparılan araşdırmalar nəticəsində 2 nəfərin xəsarət aldığı məlum olub.

Bu barədə APA-ya DİN-dən bildirilib. Xəsarət alanlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıb.

***

15.14

Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədirlər.

APA xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

“İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir. Rəsmi qurumun açıqlamasını gözləmək xahiş olunur”, məlumatda deyilir.

***

15.00

Bakı Dövlət Sirkinin yaxınlığında baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.

Bu barədə APA-ya TƏBİB-dən bildirilib.

Əlavə məlumat veriləcək.

APA-nın əldə etdiyi məlumata görə, xəsarət alanlardan biri tələbədir.

***

14.57

Paytaxtın Nəsimi rayonunda 3 nəfərin odlu silahdan açılan atəşdən yaralanması ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya bildirilib ki, hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Araşdırma aparılır. Əlavə məlumat veriləcək.

APA-nın əldə etdiyi xəbərə görə, hadisə "Vurğun Residence"nin qarşısında baş verib.

***

14.47

Bakıda atışma olub.

APA xəbər verir ki, hadisə Bakı Dövlət Sirkinin yaxınlığında qeydə alınıb.

Silahlı insidentlə bağlı əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hadisə nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR