Bakıda avtobus 9 maşına çırpılıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Bakıda avtobus 9 maşına çırpılıb, xəsarət alanlar var - FOTO  - YENİLƏNİB
# 27 mart 2023 22:30 (UTC +04:00)

Bakının Yasamal rayonunda ağır yol qəzası baş verib.

APA xəbər verir ki, qəza Əsəd Əhmədov küçəsində baş verib.

114 nömrəli marşrut üzrə “Daewoo” markalı avtobusu idarə edən sürücü sükana nəzarəti itirərək qarşısında hərəkətdə olan “Volkswagen” markalı maşına çırpılıb. Avtobusun çırpıldığı maşın “Opel” və “Chevrolet”ə dəyib. Daha sonra ardıcılıqla “Toyota” markalı minik maşını “Qazel”ə çırpılıb. “Qazel” ardıcılıqla hərəkətsiz vəziyyətdə dayanan minik maşınlarına çırpılıb. Qəza nəticəsində ümumilikdə 8 minik maşını, 1 yük avtomobili və sərnişini avtobusuna ciddi ziya dəyib. Hadisə zamanı “Opel” və “Chevrolet”də olan iki sərnişin xəsarət alıb.

***

22.25

Yasamal rayonu Şərfizadə küçəsində “Faiqoğlu” MMC-nin istismarında olan 114 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 052 nömrəli avtobusun iştirakı ilə zəncirvari yol nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata əsasən hadisə avtobus depoya gedən zaman baş verdiyindən sərnişin olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR