Bakıda avtobus qəza törədib, xəsarət alan var - FOTO - YENİLƏNİB

Bakıda avtobus qəza törədib, xəsarət alan var - FOTO  - YENİLƏNİB
# 19 yanvar 2023 02:02 (UTC +04:00)

Xəbərə foto əlavə olunub.

***

00.40

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Bakı Dairəvi yolunun Lökbatan dairəsi istiqamətində qeydə alınıb.

Hərəkətdə olan sərnişin avtobusu hərəkətsiz vəziyyətdə dayanan "Mercedes" markalı minik avtomobilinə çırpılıb. Qəza nəticəsində bir nəfər yüngül xəsarət alıb.

Hadisənin təfərrüatı araşdırılır.

Elşən Yəhyayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR