Bakıda avtomobil 37 yaşlı kişini vurub, vəziyyəti ağırdır

Bakıda avtomobil 37 yaşlı kişini vurub, vəziyyəti ağırdır
  • Clock-gray 02:30
  • calendar-gray 12 Noyabr 2019

Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı piyada ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində baş verib.

Minik avtomobili yolu keçmək istəyən 1982-ci il təvəllüdlü Gəldiyev Rüfət Zərbəli oğlunu vurub.

Yaralı təcili olaraq xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Nurlan Əli

Digər xəbərlər

Arxiv

date