Bakıda avtomobil alverçisi 2 qardaşı bıçaqlayıb - FOTO - YENİLƏNİB

Bakıda avtomobil alverçisi 2 qardaşı bıçaqlayıb - FOTO - YENİLƏNİB
# 11 sentyabr 2019 04:16 (UTC +04:00)

Bakıda avtomobil satıcısı tərəfindən bıçaqlanan Etibar Tahirovun qardaşı, 1981-ci il təvəllüdlü Tahirov Cavid Təşkilat oğlu da 1 saylı Xəstəxanaya yerləşdirilib.

APA xəbər verir ki, C.Tahirov da eyni şəxslər tərəfindən bıçaqlanıb.

Məlum olub ki, bıçaqlı şəxs əvvəlcə Cavid Tahirovu, sonra isə Etibar Tahirovu bıçaqlayıb. Cavid yaxınları tərəfindən evə aprılsa da, vəziyyəti ağır olduğundan xəstəxənaya gətirilib.

Zərərçəkmişlərin yaxını Ramin adlı şəxsin APA-ya verdiyi məlumata görə, mübahisə satılmış avtomobilə etribarnamə verilməsi üstündə yaranıb. Belə ki, Tahirov qardaşları avtomobil alsalar da, ona etibarnamə əldə edə bilməyiblər. Bundan sonra alınmış avtomobili geri qaytarmaq istəsələr də, digər tərəf pulu ödəməkdən imtina edib və tərəflər arasında münaqişə yaranıb.

***

Saat 23:40

Nəsimi rayonunda bıçaqlanaraq ağır vəziyyətdə olan şəxsi polislər xəstəxanaya çatdırıb.

APA xəbər verir ki, hadisə Nəsimi rayonu 1-ci mikrorayonda baş verib.

Belə ki, 38 yaşlı Tahirov Etibar Təşkilat oğlu hələlik adı məlum olmayan şəxs tərəfindən bıçaqlanıb.

Ərazidə xidmət aparan Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməliyyat qrupu yaralını 1 saylı şəhər xəstəxanasına çatdırıb. Hadisəni törədən şəxs zərərsizləşdirilərək saxlanılıb.

Yaralı cərrahi əməliyyat olunub. Məlum olub ki, hadisəyə səbəb avtomobilin satan şəxslə müştəri E.Tahirovun mübahisəsi olub. Etibarın ilkin izahatına görə o, pulu gecikdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR