Bakıda avtomobil avtobusa çırpılıb, ölən var - VİDEO

Bakıda avtomobil avtobusa çırpılıb, ölən var - VİDEO
# 02 iyun 2023 10:51 (UTC +04:00)

Bakıda Tbilisi prospekti ilə Əbdülvahab Salamzadə küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə APA-ya Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən xəbər verilib.

İlkin məlumata görə, minik avtomobilində sürücünün sükan arxasında ürəktutması səbəbindən avtomobil idarəetmədən çıxaraq avtobusa çırpılıb. Qəza nəticəsində Tbilisi prospektindən mərkəz istiqamətinə sıxlıq müşahidə olunur.

APA-nın əldə etdiyi məlumata görə, minik maşınının sürücüsü ürək tutmasından ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR