Bakıda avtomobil beton maneəyə çırpılıb, sürücü ölüb

Bakıda avtomobil beton maneəyə çırpılıb, sürücü ölüb
# 15 iyun 2022 08:01 (UTC +04:00)

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda “KİA” markalı minik avtomobilinin beton maneəyə çırpılması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində sıxılı vəziyyətdə qalan sürücü, 1977-ci il təvəllüdlü Məmiyev Yaqub Heybət oğlunun meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR