Bakıda avtomobil çuxura düşüb, sürücü yolda xəbərdaredici nişanın olmamasından şikayətçidir - FOTO - VİDEO

Bakıda avtomobil çuxura düşüb, sürücü yolda xəbərdaredici nişanın olmamasından şikayətçidir - FOTO - VİDEO
# 17 sentyabr 2019 04:42 (UTC +04:00)

Nəsimi rayonunda avtomobil çuxura düşüb.

APA xəbər verir ki, hadisə Hənifə Ələsgərova küçəsində baş verib.

Belə ki, “BMW” markalı avtomobilin sürücüsü Vaqif Babayevin APA- ya verdiyi məlumata görə, o, nəqliyyat vasitəsilə gələrkən qəfil çuxura düşüb. Nəticədə avtomobilin təkərləri və bir neçə detalı sıradan çıxıb.

Sakinlərin verdiyi məlumata görə, su borusunun təmiri üçün ərazidə təmir işləri aparılarkən yolun asfalt qatı qazılıb. Daha sonra həmin hissəyə hər hansı bir xəbardaredici nişan qoyulmayıb.

Sürücü faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə şikayət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR