Bakıda avtomobil dərəyə aşıb - FOTO - VİDEO

Bakıda dərəyə aşan avtomobil

© APA | Bakıda dərəyə aşan avtomobil

# 05 iyun 2022 15:34 (UTC +04:00)

Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində qəza baş verib.

APA-nın xəbərinə görə, “Toyota Prado” markalı minik avtomobili dərəyə aşıb.

Hadisə şahidlərinin sözlərinə görə, sürücü mağazaya düşüb, avtomobildə olan azyaşlı övladı isə bilməyərəkdən maşını hərəkətə gətirib. Nəticədə avtomobil aşıb və yararsız vəziyyətə düşüb.

Azyaşlının sağlıq durumu normaldır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, hadisə yerinə ərazi üzrə polis naryadları cəlb edili, araşdırmalara başlanılıb.
Hadisənin təfərrüatı və baş vermə səbəbi araşdırmalardan, eləcə də təyin ediləcək avtotexniki araşdırmalardan sonra məlum olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR