Bakıda avtomobil evakuatora çırpılıb, yaralanan var - VİDEO

Bakıda avtomobil evakuatora çırpılıb, yaralanan var - VİDEO
# 29 oktyabr 2022 17:48 (UTC +04:00)

Bakının Xəzər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Qala-Pirallahı yolunda qeydə alınıb.

Yüksək sürətlə hərəkət edən "KİA" markalı minik avtomobili evakuatora çırpılıb.

Qəza nəticəsində minik avtomobilinin qadın sürücüsü ağır xəsarət alıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli APA-ya bildirib ki, hadisə yerinə Xəzər Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR