Bakıda avtomobil piyada qadını öldürüb

Bakıda avtomobil piyada qadını öldürüb
# 20 sentyabr 2022 09:23 (UTC +04:00)

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

APA xəbər verir ki, hadisə Nizami rayonu, Qara Qarayev prospektində qeydə alınıb.

Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Sabir Məmmədovun idarə etdiyi "Haval" markalı avtomobil yolu keçən, şəxsiyyəti məlum olmayan, təxminən 30-35 yaşlı piyada qadını vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR