Bakıda avtomobil piyada qadını vurub

Bakıda avtomobil piyada qadını vurub
# 18 noyabr 2019 22:57 (UTC +04:00)

Bakının Suraxanı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, avtoqəza ehtiyat hissələri anbarının yaxınlığında qeydə alınıb.

Minik avtomobili piyadalar üçün nəzərdə tutulmamış yerdən yolu keçmək istəyən 1986-cı il təvəllüdlü Xəyalə Qəhrəmanovanı vurub. Yaralı xəstəxanaya çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR